İQTİSADİYYAT


Gömrük orqanlarının gələcək strateji hədəfləri müzakirə edilib

Bakı, 3 avqust, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş gömrük sisteminin inkişaf istiqamətləri üzrə vəzifə və öhdəliklərin düzgün yerinə yetirilməsi, həmçinin müasir çağırışlara cavab verən gömrük modelinin yaradılması, şəffaflıq və məmnunluq səviyyəsinin artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması məqsədilə iyulun 22-də Dövlət Gömrük Komitəsi (DGK) daxilində İşçi Qrupu yaradılıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupu tərəfindən DGK-nın yaxın illər üçün hədəfləri, zəif tərəflərin aradan qaldırılması və inkişafa yönələn tədbirləri müəyyən edən müvafiq konseptual sənəd və yol xəritəsi layihəsi qısa vaxt ərzində hazırlanıb, avqustun 3-də Komitə daxilində geniş müzakirəyə təqdim edilib.

Müzakirələr zamanı strateji hədəflərin müəyyən edilməsi üzrə funksional fəaliyyət istiqamətləri və görüləcək işlərin prioritetlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər nəzərə alınmaqla tez bir zamanda sənədin tamamlanması və qəbul edilməsi, konkret işlərin həyata keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.