CƏMİYYƏT


Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət alan şəxs barəsində ibtidai istintaq yekunlaşıb

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət alan şəxs barəsində ibtidai istintaq yekunlaşıb

Bakı, 31 mart, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.