Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gömrük sistemindəki davamlı islahatlar Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verir

Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzunmüddətli inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, son illər bütün sahələrdə olduğu kimi gömrük orqanlarında aparılan islahatlar da bu strategiyanın reallaşdırılması istiqamətində atılan mühüm addımların tərkib hissəsidir. Dövlətimizin başçısı tərəfindən gömrük sistemində bütün istiqamətlər üzrə aparılan təkmilləşdirilmənin nəticəsidir ki, son illər Azərbaycan Gömrük Xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi qurum kimi formalaşır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Son 2 ildə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. Ötən ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi sayəsində ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verilib, işbazların qarşısının alınmasında, “kölgə iqtisadiyyatı” ilə mübarizədə önəmli nəticələr əldə edilib, sərhədkeçmə prosesi sürətləndirilib. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqində əsas məqsədlərdən biri də qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasıdır. Bu sistem vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradıb. Bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən sahibkarlar üçün mütəmadi maarifləndirici tədbirlər və seminarlar keçirilir. Sahibkarlar “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi barədə məlumatlandırılır. Həmçinin müvafiq fərmanda öz əksini tapan müddəalar və bəndlərin müzakirəsi aparılır. Həmin görüşlərdə “Yaşıl dəhliz” buraxılış sisteminə dair videoçarxlar nümayiş etdirilir, eyni zamanda, mövzu ilə bağlı fikir mübadiləsi aparılır və sahibkarların sualları cavablandırılır. Artıq 530-dək xarici ticarət iştirakçısı həm idxal, həm də ixracda bu sistemdən istifadə imkanı əldə edib. Ümumilikdə idxal əməliyyatlarının 25 faizi, ixrac əməliyyatlarının 27 faizi və xarici ticarət həcminin 8 milyard dollardan çox hissəsi “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşür.

İslahatlar sərhədkeçmə prosesini sürətləndirir

Aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə prosesləri asan və sürətli şəkildə həyata keçirilir, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyəti dəfələrlə artırılır. Risklərin idarə edilməsi sisteminin, gömrük auditinin tətbiqi ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə prosesinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

İslahatlar dövründə yaradılan Ticarətin Asanlaşdırılması mərkəzləri, ən müasir texniki vasitələr, “1 inspektor - 1 nəqliyyat vasitəsi”, “e-növbə” kimi innovativ layihələr, informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyədək azaldılıb. Əvvəl gömrük-sərhəd buraxılış məntəqələrindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 600-ə çatdırılıb. Bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir. “1 inspektor - 1 nəqliyyat vasitəsi” layihəsi təkrarçılığın aradan qaldırılması, mövcud resurslardan səmərəli istifadə edilməsi, qeydiyyat prosesinə sərf olunan zamanın minimuma endirilməsi baxımından əlavə üstünlüyə malikdir. Əvvəllər hər prosedurun tətbiqində bir neçə gömrük əməkdaşı iştirak edirdisə, yeni layihədən sonra bir inspektor bütün prosedurları həyata keçirir və bu da, eyni anda bir neçə nəqliyyat vasitəsinin yola salınması üçün səmərəlidir.

“E-növbə” layihəsi isə yüngül nəqliyyat vasitələrinin və sərnişinlərin gömrük buraxılış məntəqələrində sıxlıq yaşamadan rahat keçidi üçün tətbiq olunan yenilikdir. Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki “Elektron xidmətlər” bölməsindən “onlayn növbə” alt bölməsinə daxil olaraq “e-növbə” xidmətini seçmək lazımdır. Prosedur yerinə yetirildikdən sonra seçilən vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləmək, mobil telefona “qapıya gedin” SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşmaq kifayətdir. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilin nömrəsi əks olunduqda vətəndaş canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil ola bilir.

Həmçinin Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən “TIR-EPD” layihəsi də sərhədkeçmə prosesində vacib rol oynayır. Komitə qarşıdakı illərdə müasir mexanizmlərin və rəqəmsal prosedurların tətbiqi ilə tranzit daşımalarının artırılmasını, Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə Qoşulmanı, tam elektronlaşdırılmış tranzit prosedurlarının tətbiqini reallaşdırmaqla da bu işə töhfə verməyi hədəfləyir.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, logistik xidmətlərin inkişafı istiqamətində atılan addımlar, yol infrastrukturunun genişləndirilməsi, ölkədə biznes mühitinin yaxşılaşdırılması tranzit potensialımızı daha da artırıb. Artan tranzit potensialının gömrük buraxılış məntəqələrində sıxlığa səbəb olmaması üçün sərhəd-keçid məntəqələrində müasir avadanlıqlar quraşdırılıb, şəxslərin, yük və minik nəqliyyat vasitələrinin sürətli keçidi təmin edilib. Ötən il 2018-ci illə müqayisədə 2 milyon çox şəxsin ölkəyə giriş və çıxışı həyata keçirilib. Həmçinin gömrük-sərhəd buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin keçidindəki sürətli artımı görmək mümkündür. Belə ki, keçən il yük nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən keçidində təxminən 70 min, minik nəqliyyat vasitələrinin keçidində 270 min, ümumilikdə isə nəqliyyat vasitələrinin keçidində 340 min artım müşahidə edilib. Mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən ölkələrarası ötürülməsi sisteminin tətbiq edilməsi, kadr potensialının gücləndirilməsi də sərhədkeçmə prosesini sürətləndirən amillərdəndir.

Ötən il sərhədkeçmə prosesini sürətləndirən əsas layihələrdən biri də Bakıdan İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük-keçid məntəqələrində gömrük nəzarətinin tətbiq edilməməsi olub. Sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksində yaradılan gömrük nəzarəti zonasında həyata keçirilir. Bu məqsədlə komitə tərəfindən Bakı Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib. Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı. Aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, keçən il iyunun 13-də Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub. Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma görə, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir, avtobuslar İranda gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur. Layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.

Narkotik vasitələr və qaçaqmalçılığa qarşı mübarizədə mühüm nailiyyətlər əldə edilir

Vahid risk platformasının yaradılması və görülən digər işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlər əldə olunur. Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır ki, ötən il 13 min 443 hüquqpozma faktı aşkarlanıb və bunlardan 866-sı cinayət xarakterli faktlardır. Aşkarlanan cinayət xarakterli faktların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Ötən 2 ildə 4 tondan çox, keçən il isə 2 tondan artıq narkotik vasitənin aşkar edilərək dövriyyədən çıxarılması gömrük orqanlarının bu sahədə də səmərəli fəaliyyətindən xəbər verir. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən aşkarlanan malların ümumi dəyəri 300 milyon dollardan çox olub. Bu cür hadisələrin qarşısının alınmasında gömrükçülərin sayıqlığı və bacarığı, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti, ən son yenilikləri əks etdirən müasir avadanlıqların təchizi xüsusi rol oynayır.

Büdcə proqnozu artıqlaması ilə yerinə yetirilir

Gömrük sistemində tətbiq edilən yeniliklər maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şərait yaradır ki, bununla da son 2 ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə əlavə 2 milyard manat vəsait köçürülüb. Nəzərə alsaq ki, ötən ildə vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, Azərbaycana idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, əlavə dəyər vergisindən azadolmanın həcmi isə 35 faiz təşkil edib. Bu zaman büdcənin artırılmasının əsas səbəblərindən biri kimi “kölgə iqtisadiyyatı” ilə mübarizəni, aparılan şəffaflıq siyasətini göstərmək olar. Ötən il büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulsa da, Gömrük Komitəsi tərəfindən 4 milyard 408,6 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu isə əlavə 706,6 milyon manat əlavə vəsait və büdcə proqnozunun 119,1 faiz icrası deməkdir.

Əldə olunan bu nailiyyətlər “kölgə iqtisadiyyatı” ilə mübarizədə düzgün yolun seçildiyini, şəffaflığın təmini istiqamətində atılan addımların səmərəliliyini göstərir. İnanırıq ki, aparılan islahatlar gələcəkdə də davamlı olacaq, gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlətimizin başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb