İQTİSADİYYAT


Gömrük və AZAL əməkdaşları üçün seminar təşkil olunub

Bakı, 6 iyun, AZƏRTAC

Gömrük və AZAL əməkdaşları üçün seminar təşkil olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Azərbaycan gömrük xidmətinin əməkdaşları üçün DGT tərəfindən keçirilən “Sərnişinlərə dair ilkin məlumatlar/ Sərnişin adlarının qeydiyyatı (API/PNR)” üzrə növbəti milli seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov təlimin mövzusu olan yeni sistem barədə qısa məlumat verərək Azərbaycan gömrük xidmətinin də bu sistemin tətbiqi ilə bağlı müəyyən addımlar atdığını və onun tez bir zamanda tam şəkildə tətbiq edilməsi üçün bütün imkanların səfərbər olunduğunu bildirib. Şahin Bağırov gömrük işinin effektiv formada təşkili, təhlükələrin öncədən aşkarlanması, gömrük nəzarətinin risklər əsasında həyata keçirilməsi, resursların düzgün idarə olunması baxımından da yeni sistemin faydalı olacağını vurğulayıb.

3 gün davam edəcək seminarda Dünya Gömrük Təşkilatının xətti ilə ölkəmizə gələn ekspertlər - Türkiyə Gömrük Xidmətinin nümayəndəsi Sertaç Yapıcı, Böyük Britaniya Gömrük Xidmətinin əməkdaşları Nikola Folley, Barnabas Cillinsin və Kevin Nikols “API/PNR sistemləri üzrə qabaqcıl təcrübələr”, “Texniki tələblər və əlaqələndirmə prosesi”, “Sərnişinlər və heyətlə bağlı məlumatlardan istifadə: Milli Sərhəd Hədəf Mərkəzi – onun profilləmə rolu daxil olmaqla qısa məlumat”, “Risklərin qiymətləndirilməsinə kompleks yanaşma və hər növ nəqliyyat vasitələri üçün risklərin qiymətləndirilməsi imkanları”, “Sərnişinlərə dair risklərin idarə edilməsi: Risk profili və nümunələrin idarə edilməsi”, “Daşıyıcı şirkətlərin müştərilərlə iş üzrə menecerinin rolu və onun maraqlı tərəflərlə (hökumət və sənaye) münasibətləri”, “Məlumatların mütəmadi daxil olmasının təmin edilməsi” və digər mövzularda iştirakçıları məlumatlandıracaqlar.

Seminarda gömrükçülərlə yanaşı Azərbaycan Hava Yolları QSC-nin də əməkdaşları iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.