ELM VƏ TƏHSİL


Gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədilə elektron təhsil – “CLiKC! e-Learning” bazası yaradılıb

Bakı, 13 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsində gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədilə elektron təhsil – "CLiKC! e-Learning" bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub. Gömrük Komitəsinin elektron tədris platforması kursları üzrə aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçmək olar http://customs.gov.az/az/faydali/innovativ-layiheler/clikc/ . Qeydiyyatdan keçən tələbələrə login, şifrə və platformadan istifadə qaydalarına dair kitab təqdim olunur.

Tələbələrin çoxsaylı xahişlərini nəzərə alaraq "e-learning CLIKC Azerbaijan" platformasına uzaqdan (distant) qoşulmanı və imtahan vermə imkanı yaradılıb. Qeyd edək ki, bu platformanın “Mob App” versiyası da fəaliyyət göstərir. İstənilən tələbə “Moodle” proqramını yükləyərək URL, login və şifrə yazaraq platformadan mobil telefon vasitəsilə rahat istifadə edə bilər (Moodle - öyrənmə idarəetmə sistemi və ya virtual öyrənmə mühiti kimi tanınan bir kurs idarəetmə sistemidir. Bu pulsuz bir web proqramıdır).

İlk dəfə 2019-cu ilin martında Ümumdünya Gömrük Təşkilatının təqdim etdiyi "Integrity" dərs paketi ilə "Basic Customs Course of "e-Learning" kursuna başlanılıb. Apreldə isə "Intermediate Customs Course" kursu üzrə "Təşkilatda yoluxucu korrupsiya: dərketmə və sosial psixologiyası (The Cognitive and Social Psychology of Contagious Organizational Corruption)" Gömrük qaydaları (prosedurları) və məsuliyyət (Customs Regulations (Procedures) and Responsibility) dərs paketləri ilə davam edilib.

Aşağıdakı linkdən istifadə edərək platformaya giriş əldə etmək olar. https://clikc.customs.gov.az/ 

Qeyd edək ki, layihənin əsas məqsədi yaradılan lokal və uzaq məsafədən (distant) elektron təhsil sistemini gömrük əməkdaşları, Gömrük Akademiyasının tələbələri üçün əl çatan və innovatik etməkdir. Belə ki, tələbələr müasir IT texnologiyalardan istifadə etməklə etibarlılıq qazanacaq, öz işlərinə daha da peşəkar yanaşacaqlar.

Bu layihəyə ilk dəfə Azərbaycanda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə başlanılıb, görülən işlər tələbələrin və əməkdaşların böyük marağına səbəb olub. Bildirək ki, tələbələr artıq bu platformadan istifadə edirlər və "Learning CLiKC Azerbaijan" platformasına yeni kursların əlavə edilməsi üçün müraciət ediblər. Hazırda 200-dən çox tələbə qeydiyyatdan keçib.

Tələbələr elektron kitabxanadan istifadə etməklə gömrük, onlara aid olan bölmələr haqqında daha geniş məlumata malik olacaq, təcrübə qazanacaq və biliklərini daha da artıracaqlar. Savadlı əməkdaşların daha üstün olduğunu nəzərə alsaq bu platforma onlara karyeralarında irəliləmək üçün daha çox şans, üstünlük deməkdir. Bu üstünlük tələbələrdə bu platformaya olan marağı və sayı artırır. Bu prosesin elektron həyata keçirilməsi təhsili daha da əl çatan edir, ən əsası isə buradakı kitabları hər yerdən əldə etmək mümkün deyil və bu platformanın əsas üstünlüyü ödənişsiz olmasıdır.

Tələbələrdə motivasiyanı artırmaq üçün kursu bitirən və imtahandan uğurla keçən tələbələrin rəhbərliyinə təşəkkür məktubu yazılır, Dövlət Gömrük Komitəsi tərəfindən sertifikat verilir və həmin sertifikatları şəxsi uçot vərəqəsinə (daxili HR platforması) əlavə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.