CƏMİYYƏT


Gömrükçülər 19 minədək siqaret aşkar ediblər

Bakı, 10 aprel, AZƏRTAC

Gömrükçülər nəqliyyat vasitəsində 18 min 800 ədəd siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürülüb. Azərbaycan vətəndaşının idarə etdiyi minik maşını Qazax-Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min 800 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.