CƏMİYYƏT


Gömrükçülər 20 milyon manatlıq heroin aşkarlayıb

Bakı, 19 mart, AZƏRTAC

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kiloqram 400 qram narkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə “yeyinti malları” adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi “Volvo” markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və “Belıy” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kiloqram 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Tutulan narkotik vasitənin İrandan İsveçə aparılmasını nəzərə alsaq, 110 kiloqram 400 qram heroinin Avropanın “qara bazar”ında dəyəri, təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.