CƏMİYYƏT


Gömrükçülər Almaniyadan oğurlanan avtomobilin Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb. 2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı onların həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.