İQTİSADİYYAT


Gömrükçülər Vətən müharibəsi şəhidlərini anıblar

Bakı, 27 sentyabr, AZƏRTAC

Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub. Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasına gələrək, burada Ülvi Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.

Anım mərasimində Ülvi Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.

26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.

Ülvi Hacıyev “Vətən uğrunda” medalı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.