CƏMİYYƏT


Gömrükçülər avtomobildə dərman preparatları aşkarlayıblar

Bakı, 5 oktyabr, AZƏRTAC

Gömrükçülər avtomobildə dərman preparatları aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Zafira" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin arxa oturacağının altında və tavan hissəsində gömrük nəzarətindən gizlədilən 5400 kapsul "Xiltam", 1650 kapsul "Kist Al-Xindi", 1000 kapsul "Sennol" və 2 ədəd flakonda üzərində "Minoxidil" 60 ml (2FLOZ) yazılan dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.