CƏMİYYƏT
Gömrükçülər avtomobildə gizlədilən siqaretləri aşkarlayıb
Bakı, 7 noyabr, AZƏRTAC
Gömrükçülər avtomobildə gizlədilən siqaretləri aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Oka” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra 2 nəfər hal şahidi dəvət edilib və avtomobilə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonundan, ön sol, sağ oturacaqlarının və sağ ayaqaltının altından, torpedadan, baqaj hissəsindən 2400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.