CƏMİYYƏT
Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişəng aşkarlayıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişəng aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn vətəndaşın idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişəng aşkar olunub.