CƏMİYYƏT
Gömrükçülər avtomobildən 33 ədəd mobil telefon aşkar ediblər
Bakı, 30 iyun, AZƏRTAC
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21043 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa tavan hissəsindən, günlüyündən və salonundakı geyim əşyalarının arasından gömrük nəzarətindən gizlədilən 4 ədəd "Samsung" markasına aid SM-A320F/DS model, 29 ədəd "BQ" markasına aid STEP model mobil telefonlar, yük yerindən isə 36 ədəd üzərində "BQ", 6 ədəd üzərində "Samsung Galaxy A3 2017" və 1 ədəd üzərində "Samsung Galaxy Grand Prime" yazıları olan boş mobil telefon qutuları, 7 ədəd "Samsung" markalı adapter başlığı, 7 ədəd "Samsung" markalı USB kabel, 7 ədəd "Samsung" markalı qulaqcıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.