CƏMİYYƏT
Gömrükçülər avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Gömrükçülər avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd "Samsung Galaxy J5 2017" markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.