CƏMİYYƏT
Gömrükçülər dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3000 kapsul, 1250 həb, müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.