Gömrükçülər elektron siqaretlər və alışqan cihaz aşkarlayıblar
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Ölkəyə elektron siqaretlər və onlar üçün alışqan cihazın gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 3120" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68 min 400 ədəd "Parliament" markalı elektron siqaret və 27 ədəd "Iqos" markalı elektron siqaret üçün alışqan cihaz aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var