CƏMİYYƏT
Gömrükçülər külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar
Bakı, 2 avqust, AZƏRTAC
Gömrük əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40 min ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]