CƏMİYYƏT


Gömrükçülər külli miqdarda xarici valyuta aşkarlayıblar

Bakı, 27 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən xarici ölkə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın əl çantasından və çamadanından, ümumilikdə 52 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.