CƏMİYYƏT


Gömrükçülər minik avtomobilində tapança aşkarlayıblar

Bakı, 13 aprel, AZƏRTAC

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.