CƏMİYYƏT
Gömrükçülər mobil telefonlar aşkarlayıblar
Bakı, 9 aprel, AZƏRTAC
Gömrükçülər mobil telefonlar aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd "Samsung Galaxy M105F" və 1 ədəd "Samsung Galaxy M205F" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.