CƏMİYYƏT


Gömrükçülər mobil telefonlar və elektronika malları aşkarlayıblar

Bakı, 11 iyul, AZƏRTAC

Gömrükçülər mobil telefonlar və elektronika malları aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefon və elektron əşyanın qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 1 "Samsung A50" markalı mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajdan və əl yüklərindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 6 ədəd plata, 40 ədəd mobil telefon ekranı, 2 qutu simsiz "AirPods" qulaqlıq, 10 ədəd portativ enerjiyığma cihazı, 6 ədəd yaddaş kartı, 50 ədəd 32 GB və 5 ədəd 128 GB flaşkart, üzərindəki gödəkcənin ciblərindən isə 4 "Iphone" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.