CƏMİYYƏT
Gömrükçülər mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar
Bakı, 8 iyul, AZƏRTAC
Gömrükçülər mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd "Iphone" və sellofan paketin içərisindən 1 ədəd "Iphone XS MaX Silver 256GB" markalı mobil telefon, karton qutunun içərisindən, şəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.