CƏMİYYƏT
Gömrükçülər müxtəlif markalı siqaretlər aşkarlayıblar
Bakı, 10 aprel, AZƏRTAC
Gömrükçülər müxtəlif markalı siqaretlər aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20 min 840 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.