CƏMİYYƏT


Gömrükçülər narkotik maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 1 noyabr, AZƏRTAC

Gömrükçülər narkotik maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında, İrandan qayıdan Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.

Vətəndaşın əl yükü yoxlanılan zaman ona məxsus “Magna” markalı siqaret qutusunda 12 ədəd siqaret filtrinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 5,6 qram olan əzilmiş, açıq qəhvəyi, toz halında narkotik maddə - metamfetamin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.