CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkar ediblər

Bakı, 23 sentyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə - marixuana aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.