CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 24 iyul, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 6 ədəd bükümdə ümumi xalis çəkisi 102,245 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.