CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 7 avqust, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.