CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 4 fevral, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Scania” markalı yük avtomobilinə gömrük baxışı keçirilərkən sürücünün hərəkətləri gömrükçülərdə şübhə yaradıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlamadan əvvəl vətəndaşa üzərində, ona məxsus yük maşınında gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitənin olub-olmadığı soruşulub. Vətəndaş isə öz növbəsində üzərində qanunla qadağan edilən heç bir əşyanın olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində olan “Philip morris” markalı siqaret qutusunda 0,3 qram narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.