CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 6 noyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Mazımçay” gömrük postunda Gürcüstandan “Mercedes-Benz” markalı yük avtomobili ilə gələn Türkiyə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. “Lyama” ləqəbli kinoloji xidmət itinin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.