CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 14 avqust, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının “Man” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.