CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıblar

Bakı, 13 iyul, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, Azərbaycan vətəndaşları Bağırzadə Elşən Rövşən oğlu və Əliyev Elnur Elxan oğlu Astara gömrük postundan keçməklə piyada yolla İrandan Azərbaycana gələrkən saxlanılıb və üzərilərində şəxsi yoxlama aparılıb. Bu zaman E.Bağırzadənin üzərində, əyninə geyindiyi qəhvəyi rəngli alt paltarının ön hissəsində şəffaf rəngli sellofana qablaşdırılmış 1 ədəd bükümdə 10 qram tiryək və 340 ədəd “Z40” adlı metadon həbləri aşkarlanıb. Şəxsi yoxlama başa çatdıqdan sonra onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından E.Bağırzadə və E.Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq rentgenoloji müayinədən keçirilib. Rentgenoloji müayinə zamanı E.Əliyevin daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana qablaşdırılmış 4 ədəd bükümdə isə 157 ədəd “Z40” adlı metadon həbləri və 4 qram tiryək aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.