CƏMİYYƏT
Gömrükçülər narkotik vasitə aşkarlayıblar
Bakı, 2 noyabr, AZƏRTAC
Gömrükçülər narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaş saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentlə sarılan 1 ədəd bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 25 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]