CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıblar

Bakı, 29 sentyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda ölkəmizdən tranzit keçməklə, İran İslam Respublikasından Gürcüstana “travertin daşları” yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib. Bu zaman sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə sərhəd xidmətinin əməkdaşları ilə birgə gömrük yoxlaması həyata keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin kabinəsindəki soyuducunun içərisində, şəffaf sellofana bükülü iki ədəd bağlamada, ümumi çəkisi 291 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.