CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Bakı, 19 iyun, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərindəki göy rəngli şalvarın içəri astar hissəsindən şəffaf rəngli sellofana bükülü, uzunsov formalı 1 ədəd bağlama aşkar edilib. Daha sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülü daha 1 ədəd bağlama aşkarlanıb. Həmin bağlamalara ayrı-ayrılıqda baxış zamanı 48 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 125 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.