CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

Bakı, 14 sentyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Nəticədə vətəndaşın daxili orqanı - düz bağırsağından 2 ədəd sellofan bükümdə çəkisi 4,792 qram olan psixotrop maddə-metamfetamin, çəkisi 30,834 qram olan narkotik vasitə - heroin və 16 ədəd qəhvəyi rəngli üzərində F/M 40 nişanəsi olan həb və 6 ədəd həb qırıntısı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və aşkar olunan həblərdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.