CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar

Bakı, 10 iyul, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd büküm və 1 ədəd bağlama aşkarlanıb. Həmin bağlama və bükümlərə baxış zamanı 1 ədəd bükümdə 227 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 ədəd bükümdə 50 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 1 ədəd bağlamada qəhvəyi rəngli, birxətli, üzərində “F/M40” nişanəsi olan 199 ədəd metadon adlı həb olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.