CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar

Bakı, 1 oktyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın ayaqqabılarının daban hissəsində, 2 ədəd bükümdə, çəkisi 128 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında gömrük nəzarətindən gizlədilən sellofana bükülü 3 ədəd bükümdə çəkisi 38 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin, çəkisi 125 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və ayrıca sellofana bükülü 5 ədəd üzərində “F/M40” yazısı olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.