CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar

Bakı, 8 may, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən əl yükü rentgen yoxlama qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub. Vətəndaş şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin olmadığını deyib. Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”, 38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda - 210 millilitr həcmində maye halında “Metadon” aşkarlanıb.

Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in ümumi miqdarı 3 qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” in III Siyahısına daxil olan “Alprazolam”ın ümumi miqdarı 0,01 qram və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxil olan “Metadon”un miqdarı 0,76 qram, maye halındakı “Metadon”un isə miqdarı 0,21 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.