CƏMİYYƏT
Gömrükçülər narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıblar
Bakı, 25 iyul, AZƏRTAC
Gömrükçülər narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9,606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83,418 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.