CƏMİYYƏT


Gömrükçülər ölkəyə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 8 noyabr, AZƏRTAC

Gömrükçülər ölkəyə narkotik vasitənin gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus “Mercedes-Benz” markalı avtomobil saxlanılıb.

Yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkcənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.