CƏMİYYƏT


Gömrükçülər pirotexniki vasitə aşkarlayıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “VAZ-21074” və “Volkswagen Passat” markalı avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücülər nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 1440 ədəd “EKO201E 60 PCS” yazılan pirotexniki vasitə aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.