CƏMİYYƏT


Gömrükçülər qızıl sikkələr aşkarlayıblar VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Dövlət Görmük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən T.Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.

Aparılan şəxsi yoxlama zamanı T.Bayramovun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib. Sikkələrin ümumi çəkisi 677 qramdır.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.