CƏMİYYƏT
Gömrükçülər xeyli miqdarda papiros aşkarlayıblar
Bakı, 22 yanvar, AZƏRTAC
Gömrükçülər xeyli miqdarda papiros aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub. Yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.