CƏMİYYƏT


Gömrükçülər xeyli miqdarda pirotexniki vasitələr aşkarlayıblar

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli miqdarda fişəng, pirotexniki və tezalışan vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin Əməliyyat şöbəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişəngləri, pirotexniki və tezalışan vasitələrin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yaşayış sahəsində saxlanılması və satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında gömrükçülər tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda müxtəlif adda - 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.