DÜNYA
“Google Allo” messenceri artıq brauzerdə əlçatandır
Bakı, 16 avqust, AZƏRTAC
“Google” şirkəti “Google Allo” messencerini veb brauzer üzərindən əlçatan edib. Bu haqda “Google Allo” və “Duo” messencerləri üzərində işləyən bölmənin rəhbəri Amit Fulay məlumat verib.
AZƏRTAC “ferra.ru” saytına istinadən bildirir ki, indi kompüterdə “Google Allo” messencerinə giriş əldə etmək üçün allo.google.com/web ünvanına daxil olmaq lazımdır. Bundan sonra smartfonda “Allo” messencerinin menyusundan "Allo for web" punktunu seçmək və brauzerin səhifəsində göstərilmiş QR kodu skan etmək lazımdır. Lakin messencer hələ ki, yalnız “Chrome” brauzerini dəstəkləyir.
“Allo” messencerinin veb versiyasının işləməsi üçün smartfon daima şəbəkəyə qoşulmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]