İQTİSADİYYAT
“Google” Azərbaycanda onlayn-seminar keçirib
Bakı, 29 avqust (AZƏRTAC). Bu günlərdə işə başlayan “Google” onlayn məktəbi çərçivəsində “Azərbaycanda “Google AdWords” ilə işin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.Onlayn məktəb – yeni işləməyə başlayanlar üçün “AdWords” üzrə pulsuz onlayn məşğələlərdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kurs “AdWords”un bütün rusdilli istifadəçiləri üçün nəzərdə tutulub. Məktəbin proqramına “AdWords” proqramının imkanları ilə tanışlıq, büdcənin səmərəli istifadəsi üzrə tövsiyələr, “AdWords” ilə işin müxtəlif MDB ölkələrinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan) bazarlarında xüsusiyyətləri, mütəxəssislərə birbaşa efirdə sual vermək imkanı və bir sıra digər imkanlar daxildir. Onlayn-seminarda yerli bazarda internet reklamının ən son inkişaf trendləri, “AdWords”un alətləri barədə məlumat verilib.