DÜNYA
“Google Chrome”un 2 milyard istifadəçisi var
Bakı, 12 noyabr, AZƏRTAC
“Google” şirkəti bu günlərdə bütün dünya üzrə 2 milyard istifadəçinin “Ghrome” brauzerini yüklədikləri ilə bağlı hesabatını təqdim edib.
AZƏRTAC “vladtime.ru” saytına istinadən məlumatına görə, bu brauzer “Chromium” proqram təminatı bazası və “Brink” prosessoru üzərində tərtib edilib.
Transmilli korporasiya hazırda neçə nəfərin brauzerin masaüstü kompüter versiyasından istifadə etdiyini açıqlamayıb. Ancaq bu ilin aprel ayında “Chrome”un mobil versiyası üçün bu göstərici 1 milyard nəfəri keçmişdi.
“Google” bildirir ki, sərəncamında 7 kompüter məhsulu var ki, onlara olan tələbat da 1 milyard istifadəçini keçir. Bura “Android” əməliyyat sistemləri nəzərdə tutulmuş onlayn oyun və əlavələr mağazası olan “Google Play”, əməliyyat sisteminin özü, axtarış proqramı, “Youtube” videohostinqi, “Chrome” brauzeri, “Gmail” elektron poçt xidməti və “Google Maps” kartoqrafik xidməti daxildir.
“StatCounter” şirkəti tərəfindən keçirilən tədqiqata əsasən, bu ay adıçəkilən brauzer internetə daxil olmaq üçün istifadə olunan bütün brauzerlər arasında 52 faiz paya malik olub.