DÜNYA


“Google”, “Facebook”, “Apple” və “Amazon”un rəhbərləri ABŞ Konqresində ifadə veriblər

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ Konqresində tarixdə ilk dəfə “Google”, “Facebook”, “Apple” və “Amazon” kimi IT nəhənglərinin rəhbərləri rəqibləri ilə mübarizədə sui-istifadə halları ittihamı üzrə ifadə veriblər.

AZƏRTAC ВВС News telekanalına istinadla xəbər verir ki, konqresdə IT nəhənglərinin genişlənmək məqsədilə öz güclərini dağıdıcı şəkildə istifadə etmələri barədə fikirlər səsləndiyi üçün monopoliyaya qarşı yoxlamalar başlayıb. Həmçinin qanunvericilər nizamlanmanın gücləndirilməsi barədə müzakirələr aparıblar.

Eyni zamanda, bu kompaniyaların informasiyaları idarə etməsi respublikaçıların narahatlığına səbəb olub.

Pandemiya şəraitində video-əlaqə rejimində keçirilən dinləmələrin gedişində “Facebook” kompaniyasının qurucusu Mark Sukerberq, “Google” kompaniyasının baş direktoru Sundar Piçai, “Apple” kompaniyasının baş direktoru Tim Kuk və “Amazon” kompaniyasının banisi və rəhbəri Ceff Besoz qanunsuz fəaliyyətlə məşğul olmadıqlarını iddia ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.