DÜNYA


“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan tətbiqlərin adı məlum olub

Bakı, 21 yanvar, AZƏRTAC

“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda “Trend Micro” məlumat verib.

AZƏRTAC “life.ru” saytına istinadən yazır ki, həmin proqramlar “Currency Converter” və “BatterySaverMobi” adlı mobil tətbiqlərdir. “Google”dan verilmiş məlumata görə, həmin proqramlar artıq rəqəmli mağazadan silinib. İkinci mobil proqram 5 min dəfə quraşdırılıb.

Ekspertlər mobil tətbiqlərin proqram kodunu araşdırdıqdan sonra məlum olub ki, sözügedən proqramlarda “Anubis” virusundan istifadə edilib. Həmin virus hakerlərin ekrana müdaxilə etməsinə imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.