DÜNYA
“Google” “Search Lite” mobil proqramını sınaqdan keçirir
Bakı, 17 avqust, AZƏRTAC
“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının sınaqlarına başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada əlçatandır.
AZƏRTAC “itc.ua” saytına istinadən bildirir ki, “Search Lite” mobil proqramının funksional imkanları adi krossplatformalı proqramların imkanları ilə oxşardır. Məsələn, istifadəçilər axtarış sorğularını klaviaturadan və ya səslə daxil edə bilərlər. Tərcümə imkanları, “Google News” bölməsinə giriş, lokal informasiyanın göstərilməsi (hava proqnozu və sairə) nəzərdə tutulub. Dizayndakı fərqlər nəzərəçarpandır.
“Search Lite” mobil proqramı iş prosesində az həcmdə trafik sərf edir. Bu, “Google” tərəfindən zəif internetə malik ölkələr üçün proqramın yüngül versiyasının istifadəyə verilməsi ilə bağlı ilk cəhd deyil. Ötən il Hindistanda məhdud internet çıxışa malik regionlar üçün nəzərdə tutulmuş “YouTube Go” mobil proqramı istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]